Qəbələdə məşqçilərin seminarı keçirilib
Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir. Seminarın növbəti mərhələsi bu gün Qəbələ şəhərində keçirilib. Tədbirdə Qəbələ, Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.