Murad Əhmədiyev üçün bürünc medal şansı

Murad Əhmədiyev üçün bürünc medal şansı

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 72, 97 və 130 kq-da mübarizəyə start verilib.

İkiqat dünya çempionu Ülvü Qənizadə (72 kq) yarışa 1/8 finaldan start verib. O, yaponiyalı Rintaro Soqabeyə 9:4 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Qənizadə bu mərhələdə rusiyalı Mingiyan Qoryayevlə üz-üzə gəlib. Sonuncu dəqiqədə 4 xallıq fənd işlədərkən ayağından ciddi zədələndiyi üçün mübarizəni dayandırıb.

Murad Əhmədiyev (97 kq) yarışa inamlı start verib. Təmsilçimiz koreyalı Jeongbin Kvona (8:0) və xorvatiyalı Matey Mandiçə (tuş) vaxtından əvvəl qalib gəlib. 1/4 finalda belaruslu Kiril Maskeviçə minimal fərqlə (4:5) məğlub olan Əhmədiyev sabah təsəlliverici görüşə çıxacaq. Rəqib avstriyalı Markus Raqqinqer olacaq.

Sərxan Məmmədov (130 kq) braziliyalı Gilyerme Diasa tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/8 finalda belaruslu Pavel Qlinçuka 2:6 hesabıyla uduzub.

//