Son 5 sərbəst güləşçimiz DÇ-də çıxış etdi
Oktyabr 18, 2026
ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı sona yaxınlaşır.
Altıncı yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start verilib.
Vasif Bağırov (57 kq) 1/8 finalda rusiyalı Maqomed Ozdamirova 1:4 hesabıyla məğlub olub.
Musa Ağayev (65 kq) debütdə qazaxıstanlı Şattik Alaydara müqavimət göstərə bilməyib – 2:12.
Ramik Heybətov (70 kq) təsnifat mərhələsində qırğızıstanlı Rüstəmcan Kaxarova 4:11 hesabıyla uduzub.
Elcan İsmayılzadə (79 kq) kanadalı Konor Çörçə tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/8 finalda ermənistanlı Hayk Papikyana 3:6 hesabıyla məğlub olub.
Zəfər Əliyev (97 kq) isə ilk mərhələdə iranlı Mohammadmobin Azimiylə bacarmayıb – 0:8.