Günay Qurbanova dünya ikincisi oldu
Oktyabr 16, 2026
ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.
Dördüncü yarış günündə Günay Qurbanova (59 kq) həlledici görüşə çıxıb. Güləşçimiz finalda ukraynalı Alina Filipoviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə əsas hadisələr son 30 saniyədə qeydə alınıb. Günay 4:2 hesabıyla önə keçsə də, son saniyələrdə rəqibin hücumunun qarşısını ala bilməyib. Yekunda sonuncu xal prinsipi işə düşüb (4:4) və Qurbanova U23 dünya çempionatında gümüş medal qazanıb.


