Nərgiz Səmədova dünya çempionatında çıxış etdi

Nərgiz Səmədova dünya çempionatında çıxış etdi

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.

Dördüncü yarış günündə Nərgiz Səmədova (53 kq) xalçaya çıxıb. Güləşçimiz startda özbəkistanlı Dilşoda Matnazarovaya qalib gəlib – 6:0. Həmyerlimiz 1/8 finalda yaponiyalı Nagisa Haradaya məğlub olub – 0:10. Rəqib finala yüksələ bilmədiyi üçün Nərgiz üçün mübarizə bu mərhələdə başa çatıb.

//