İspaniyada 1 dəst medal

İspaniyada 1 dəst medal

İspaniyada çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi keçirilib. 

Pontevedra şəhərinin Sanxenxo qəsəbəsində təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib. Omid bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim gümüş, Ramiz isə bürünc medal qazanıb. Azərbaycan 1 dəst medalla komanda hesabında 2-ci yeri tutub.

Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi iyulun 1-2-də Fransada keçiriləcək.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//