U17 dünya çempionatı “MyGroup”un baş sponsorluğu ilə keçiriləcək
Gələn həftə Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının sponsorları müəyyənləşib. Milli Gimnastika Arenasında təşkil olunacaq mötəbər yarışın baş sponsoru “MyGroup” olacaq. Şirkət dünya çempionatında ana sponsor qismində çıxış edəcək.