Xatirə turnirində 9 medal
Avqust 4, 2026
Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turniri keçirilib.
Ənənəvi turnirin son 2 günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Ruslan Abdullayev (65 kq) qızıl, onunla eyni çəkidə yer alan Musa Ağayev isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Ruslan Nurullayevlə (72 kq) Tuncay Vəzirzadə (87 kq) çempion olub. Nihat Məmmədli (63 kq) isə bürünc medalı boynundan asıb.
Xatırladaq ki, ilk yarış günündə güləşçilərimiz 4 medal qazanıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc, yunan-Roma güləşində isə Sərxan Məmmədov (130 kq) gümüş, ən ağır çəkidəki digər təmsilçimiz Beka Kandelaki isə bürünc medal əldə edib.



