Sərbəst güləşdə ilk çempionlar müəyyənləşib
İyun 22, 2026
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası davam edir.
Azərbaycan Texniki Universitetin idman zalında təşkil edilən yarışın 2-ci günündə 180-ə yaxın sərbəst güləşçi gücünü sınayıb.
Əvvəlcə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85 kq-da finalçılar müəyyənləşib:
41 kq
Ülvü Qurbanzadə (Göygöl) – Bayram Əhmədzadə (Qax, ROİL)
48 kq
Nahid Teymurov (Qobustan) – Sübhan Axundzadə (Abşeron)
57 kq
Nuh Kərim (Lənkəran) – Ramal Süleymanlı (Abşeron)
68 kq
Razim Musayev (UGİM-2) – Nüşrətəli Məmmədzadə (Sumqayıt,Təhsil)
85 kq
Cavid Əliyev (Cəlilabad) – Əkbər Məmmədli (Gəncə, Təhsil-1)
Axşam seansında isə 38, 44, 52, 62 və 75 kq-da medalçıların adına aydınlıq gəlib:
38 kq
- Nihad Qarayev (Lənkəran)
- Məhəmməd Həsənli (Sumqayıt)
- Davud Əliyev (Gəncə, Təhsil-1), Elvin Əlilli (Cəlilabad)
44 kq
- Lətif Hüseynzadə (Qobustan)
- Abbas Hüsüzadə (Qax, ROİL)
- Əli İspərov (Lənkəran), Mustafa Meralıyev (Gəncə, Təhsil-1)
52 kq
- Əli Rəcəbov (Gəncə, Təshil-1)
- Nadim Allahyarov (Qobustan)
- Şamxal Əlizadə (Naxçıvan), Elnur İdrisli (Qax, ROİL)
62 kq
- İsmayıl Əlizadə (Gəncə, Təhsil-1)
- Hüseyn Rəhimli (Qəbələ)
- Röyal Hacıyev (Qazax), Muxtar Abbaszadə (Sumqayıt)
75 kq
- İbrahim Məmmədov (Ağstafa)
- Elvin Qurbanlı (ROİL)
- Ramal Bağırov (Naxçıvan), Əli Zeynallı (Göygöl)



