Səadət Quliyeva və Günay Qurbanova DÇ-də çıxış etdi
Avqust 3, 2023
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Yarışın 3-cü günündə qadın güləşi üzrə mübarizə start götürüb.
Səadət Quliyeva (43 kq) təsnifat mərhələsində amerikalı Morqan Törnerə, təsəlliverici görüşdə isə belaruslu Alina Majarovskayaya eyni hesabla (0:10) məğlub olub.
Günay Qurbanova (57 kq) isə 1/8 finalda norveçli Miriyam Hansenə minimal fərqlə uduzub – 4:5.
