Reytinq turnirində yunan-Roma güləşi üzrə yarışa start verilib

Reytinq turnirində yunan-Roma güləşi üzrə yarışa start verilib

Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri davam edir.

Reytinq turnirinin üçüncü günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizə aparıb.

Davud Məmmədov (77 kq) 1/8 finalda serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (5:5) məğlub olub.

Laçın Vəliyev (87 kq) 1/8 finalda rusiyalı Alan Ostayeva 1:9, təsəlliverici görüşdə isə qırğızıstanlı Asan Janışova 1:3 hesabıyla uduzub.
Eyni çəkidə çıxış edən İslam Abbasov isə 1/8 finalda rusiyalı İslam Aliyevə 1:3 hesabıyla məğlub olub.

//