Jalə Əliyeva yenidən Avropa üçüncüsü oldu

Jalə Əliyeva yenidən Avropa üçüncüsü oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın beşinci günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Jalə Əliyeva bürünc medal uğrunda görüşdə belaruslu Arina Demçankayla üz-üzə gəlib. Rəqibinə “tuş”la qalib gələn həmyerlimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, Jalənin böyüklər arasında analoji yarışda üçüncü (1 gümüş, 2 bürünc) medalı olub.

Digər iki güləşçimiz isə 5-ci yerlə kifayətlənib. Ruzanna Məmmədova (62 kq) həlledici qarşılaşmada almaniyalı Naemi Laystnerə (2:5), Birgül Soltanova (65 kq) isə türkiyəli Beyza Akkuşa (2:4) məğlub olub.

Beləliklə, qitə birinciliyinə 5 idmançıyla qatılan millimiz yarışı 2 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) Avropa üçüncüsü olub.

57kg WW – Zhala Aliyeva (AZE) df. Aryna Dzemchanka Martynava (UWW)

//