Jalə Əliyeva: “Məqsədim çempion olmaq idi. “
Aprel 24, 2026
Qadın güləşi üzrə Avropa üçüncüsü Jalə Əliyeva (57 kq) təəssüratlarını bölüşüb:
“Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm”.