Haqqında
24 mart 1982-ci ildə anadan olub. Güləş idman növü üzrə məşqçi kimi fəaliyyət göstərən Namət Şirinov Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülüb. Məşqçilik fəaliyyəti dövründə böyük uğurlara imza ataraq 34 Azərbaycan çempionu, 2 Avropa çempionu və 1 Olimpiya Oyunlarının gümüş medalçısı yetişdirib. O, peşəkar fəaliyyəti və yetirmələrinin qazandığı nailiyyətlərlə Azərbaycan güləşinin inkişafına mühüm töhfə verir.