Trainer Details

Mehman Allahverdiyev

Qazax-Tovuz bölgəsi üzrə koordinator

Haqqında

Qazax-Tovuz

12 sentyabr 1973-cü ildə anadan olub. Güləş idman növü üzrə fəaliyyət göstərən Mehman Allahverdiyev İdman ustasıdır. O, Azərbaycan Respublikasının Əməkdar məşqçisi və Fəxri Bədən Tərbiyəsi və İdman işçisi fəxri adlarına layiq görülüb. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən idmanın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Onun yetirmələri arasında Avropa və dünya çempionatlarının qalibləri və mükafatçıları var. Mehman Allahverdiyev uzun illər ərzində peşəkar fəaliyyəti ilə Azərbaycan güləşinin inkişafına və perspektivli idmançıların yetişdirilməsinə mühüm töhfə verir.

//