Haqqında
1981-ci ildə Bakıda anadan olub. 1998–2005-ci illərdə Azərbaycan İdman Akademiyasının “Tək mübarizə” fakültəsində təhsil alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” fakültəsində ikinci təhsilini davam etdirir.
8 iyul 2007-ci ildən beynəlxalq dərəcəli hakim olaraq fəaliyyət göstərməyə başlayıb. I-S dərəcəli hakimdir. Bir çox nüfuzlu yarışlarda, dünya və Avropa çempionatlarında, o cümlədən Tokio-2020, Paris-2024 Olimpiya Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında və II Avropa Oyunlarında ədalət təmsilçisi olub. 2007–2020-ci illərdə “Paşa Holding İnşaat Servis” MMC-nin təhlükəsizlik departamentində security supervayzer vəzifəsində çalışıb. 26.01.2021-ci ildən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.
2026-сi ilin yanvarın 5-dən Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri vəzifəsini icra edir.