İki güləşçimiz reytinq turnirində çıxış edib

İki güləşçimiz reytinq turnirində çıxış edib

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb.

Yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. Bu gün yığmanın 2 üzvü xalça üzərinə çıxıb.

Elnurə Məmmədova (50 kq) kanadalı Keti Dutçaka tam üstünlüklə (15:4) qalib gəlsə də, 1/4 finalda hindistanlı Nilam Nilama (2:12), təsəlliverici görüşdə isə polşalı Aqata Qoluşovskayaya (2:12) məğlub olub. Onunla eyni çəkidə çıxış edən Əsmər Cankurtaran 1/8 finalda italiyalı Emanuela Liutsiyə uduzub – 3:14.

Xatırladaq ki, qarşıdakı günlərdə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//