İki güləşçimiz dünya üçüncüsü oldu
Avqust 18, 2025
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
İkinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.
Nurlan Ağazadə (70 kq) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.
Yusif Dursunov (125 kq) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbəylə dünya üçüncüsü olub.
