Günay Qurbanova yenidən Avropa çempionatının finalında

Günay Qurbanova yenidən Avropa çempionatının finalında

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.

Nəzrin Əhmədli (50 kq) 1/8 finalda rusiyalı Marqarita Yarıginaya “tuş”la məğlub olub. Nəzrin sabah təsəlliverici görüşdə moldovalı Mihaela Bakosla güləşəcək.

Qaratel Quliyeva (55 kq) rusiyalı Olesya Malaxovaya “tuş”la uduzub. Qaratel təsəlliverici görüşdə italiyalı Angela Kasarolayla güləşəcək.

Günay Qurbanova (59 kq) yarışa inamlı start verib. Son Avropa çempionumuz türkiyəli Elif Elmalı və finlandiyalı Oliviya Pekkarinenə 10:0 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz yarımfinalda isə moldovalı Madalina Prisakaridən güclü olub – 5:0. Günay titulunu qorumaq üçün sabah finalda isveçli Karin Samuelssonu məğlub etməyə çalışacaq.

Güləş üzrə U17 Dünya Çempionatı

Biletləri buradan əldə edin ⇒

Biletləri buradan əldə edin ⇓
//