Günay Qurbanova dünya üçüncüsü oldu

Günay Qurbanova dünya üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Yarışın dördüncü günündə qadın güləşində ilk medal əldə edilib.

Günay Qurbanova (59 kq) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Günay dünya üçüncüsü olub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 4-ə çatıb. Xatırladaq ki, öncəki günlərdə 3 sərbəst güləşçimiz bürünc medal qazanıb.

//