Günay Qurbanova Avropa üçüncüsü oldu
Aprel 23, 2026
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Yarışın dördüncü günündə qadın güləşi üzrə millimiz ilk medalını qazanıb.
Günay Qurbanova (59 kq) bürünc medal uğrunda görüşdə belaruslu Marta Hetmanava ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 7:5 hesablı qələbəyə sevinən 18 yaşlı güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və böyüklər arasında Avropa çempionatında debütünü medalla qeyd edib.