Eldəniz DÇ-də 7-ci medalını qazandı və yeni rekordçu oldu
Sentyabr 19, 2025
Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.
Bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Eldəniz Əzizli (55 kq) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.