Elcan dünya çempionatında 5-ci oldu

Elcan dünya çempionatında 5-ci oldu

Slovakiyanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə U20 dünya çempionatı sona yaxınaşır.

Yeddinci yarış günündə sərbəst güləş üzrə 57, 65, 79 və 92 kq-da medalçılar müəyyənləşib.


Bəşir Verdiyev (65 kq) ilk təsəlliverici görüşdə qazaxıstanlı Yeralı Əsgərbəyə minimal fərqlə (5:4) qalib gəlsə də, ikinci təsəlliverici görüşdə türkiyəli Hacı Zadəyə müqavimət göstərə bilməyib – 1:12.

Elcan İsmayılzadə (79 kq) təsəlliverici görüşdə türkiyəli Yasin Uzuna 8:2 hesabıyla qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada amerikalı Rayan Bartona 4:10 hesabıyla məğlub olan Elcan 5-ci yerlə kifayətlənib.

//