Dünya çempionatında daha 4 bürünc medal şansı
Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.
Altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə start verib.
Sadiq İsmayılov (45 kq) debütdə rusiyalı İbrahim Veliullovla bacarmayıb – 4:12.
Ramal Mirhüseynov (51 kq) 1/8 finalda özbəkistanlı Uluqbek Raşidova müqavimət göstərə bilməyib – 0:11.
Həsən Həsənov (60 kq) özbəkistanlı Faxriddin Nasriddinova 6:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda yaponiyalı Rihito Hiuraya 0:7 hesabıyla məğlub olub.
Rəşad Veysəlov (71 kq) polşalı İsmail Erzanukayevə 9:6 hesabıyla qalib gəlsə də, 1/8 finalda amerikalı Cayden Ceymsə uduzub – 2:13.
Səid Paşayev (92 kq) əlcəzairli Abderrahmane Mezitiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı David Cebişova 3:6 hesabıyla məğlub olub.
Ramal, Həsən, Rəşad və Səid sabah təsəlliverici görüşə çıxacaq.