Daha üç güləşçimiz dünya çempionatında çıxış etdi

Daha üç güləşçimiz dünya çempionatında çıxış etdi

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Yarışın altıncı günündə qadın güləşi üzrə 55 və 59, sərbəst güləş üzrə 65 və 97 kq-da mübarizəyə start verilib.

Rəşid Babazadə (65 kq) təsnifat mərhələsində qırğızıstanlı Tairbek Jumasbek Uuluyla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək minimal fərqlə məğlub olub – 8:9.

Maqomedxan Maqomedov (97 kq) ilk mərhələdə belaruslu Aleksandr Huştinə (17:7) tam üstünlüklə qalib gəlib. Ardınca kubalı Arturo Torreslə görüşdə 0:9 hesabıyla geridə olsa da, əzmkarlıq nümayiş etdirərək hesabı 18:16 lehinə çevirib. Lakin 1/4 finalda Bəhreyn təmsilçisi, olimpiya və dünya çempionu Əhməd Tacuddinova uduzub – 7:12.

Ruzanna Məmmədova (59 kq) debütdə yaponiyalı Natsuki Yamaquçini mübarizədən kənarlaşdırıb – 5:0. Ancaq 1/8 finalda çinli dünya mükafatçısı və Asiya çempionu Menqyu Xieyə 5:8 hesabıyla məğlub olub.

//