Çimərlik güləşi mövsümü Vyetnamda açılır

Çimərlik güləşi mövsümü Vyetnamda açılır

Çimərlik güləşi üzrə yeni mövsümə start verilir.

Mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsi keçiriləcək.

Kişilərin yarışında 4 çəki üzrə 14 ölkədən 40 idmançının iştirakı nəzərdə tutulur. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında ölkəmizi Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) təmsil edəcək.

Sabah qrup mərhələsinin ilk 2 turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.

//