Güləş Federasiyasının rəhbərliyi Qarabağa səfər edib
Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi Qarabağa səfər edib. AGF-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçirib.