Rafiq Hüseynov: “Olimpiya Oyunlarına gedən yol bu yeniyetmələrdən başlayır”
Yunan-Roma güləşi üzrə U17 milli komandanın açıq məşqi keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında baş tutan hazırlıq prosesini milli komanda üzvlərinin şəxsi məşqçiləri və federasiya rəsmiləri canlı izləyib.