Birgül Soltanova reytinq turnirində fərqləndi
İyul 17, 2026
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
Yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb.
Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub. Birgül kanadalı Miki Roubottoma “tuş”la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.
Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10. Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.