Bakıda keçiriləcək dünya çempionatına böyük maraq var

Bakıda keçiriləcək dünya çempionatına böyük maraq var

27 iyul – 2 avqust tarixlərində Bakıda güləş üzrə U17 dünya çempionatı keçiriləcək.

Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışa böyük maraq var. Belə ki, hazırda dünyanın müxtəlif ölkələrindən 650-dən artıq idmançının adı qeydiyyatdan keçirilib. Ümumilikdə mundialla bağlı ölkəmizə 1000-dən artıq qonağın gəlişi gözlənilir.

Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək. Ardınca qadın güləşçilər mübarizəyə qoşulacaq. Yarışın son günlərində isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.

Görüşlər hər gün 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 18:00-da start götürəcək. Çempionatın təntənəli açılış mərasimi 27 iyul saat 17:15-də baş tutacaq.

Azərbaycan Güləş Federasiyası bütün idmansevərləri dünyanın ən güclü yeniyetmə güləşçilərinin mübarizə aparacağı bu möhtəşəm yarışı Milli Gimnastika Arenasında canlı izləməyə dəvət edir.

//