Bakı Güləş Məktəbinə qəbul üçün qeydiyyat başlayıb
İyun 8, 2026
Bakı Güləş Məktəbinə (BGM) 2026/2027-ci tədris ili üzrə qəbul üçün qeydiyyat prosesi başlayıb.
Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada fəaliyyət göstərən Bakı Güləş Məktəbinin əsas məqsədi yeniyetmə və gənc güləşçilərin təhsildən ayrılmadan idman karyeralarını inkişaf etdirmələrinə şərait yaratmaqdır.
Məktəbin 5-ci və 6-cı sinifləri (2014, 2015, 2016 təvəllüd) üzrə qəbulda iştirak etmək istəyən namizədlər Azərbaycan Güləş Federasiyasının saytında yerləşdirilmiş anket vasitəsilə qeydiyyatdan keçə bilər: https://awf.az/join-bgm/
Qeydiyyat üçün son tarix 30 iyundur. Qəbul imtahanı 6-7 iyul tarixlərində keçiriləcək. Namizədlər müxtəlif idman normativləri və testlər üzrə qiymətləndiriləcəklər. İmtahan mərhələsini uğurla başa vuran iştirakçılar Bakı Güləş Məktəbinə qəbul ediləcəklər. Normativlərlə bağlı daha ətraflı məlumat saytımızda və sosial media səhifələrimizdə açıqlanacaq.