Qadın güləşi
Müasir idmanda gender bərabərliyi prinsipləri böyük önəm daşıyır. Məhz bu prinsipləri əldə əsas tutularaq XX sonlarına doğru qadın güləşi yaradılıb. Qadın güləşi sərbəst güləş qaydalarına uyğun təsis edilib. Yeganə fərq çəki dərəcələrindədir.
Güləşin bu növündə ilk dünya çempionatı 1987-ci ildə Norveçdə keçirilib. Bir il sonra Fransada qadınlar arasında ilk Avropa çempionatı baş tutub. Yaponiya, ABŞ, Rusiya və Ukrayna kimi ölkələrin daha iddialı olduğu bu güləş növü 2004-cü ildən Olimpiya Oyunlarının proqramında yer alır. Afina, Pekin və London Olimpiadasında qadın güləşi üzrə 4 çəkidə mübarizə baş tutub. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyi prinsipini əldə əsas tutaraq hər 3 güləş növünün Olimpiya Oyunlarında eyni sayda – 6 çəkidə təmsil olunması haqqında qərar qəbul edib.