Günay Qurbanova Avropa ikincisi oldu
İyul 10, 2026
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.
Yarışın 4-cü günündə qadın güləşində ilk medalçılar müəyyənləşib.
Nəzrin Əhmədli (50 kq) təsəlliverici görüşdə moldovalı Mihaela Bakosa 4:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada polşalı Karolina Jienə 4:5 hesabıyla məğlub olub.
Qaratel Quliyeva (55 kq) təsəlliverici görüşdə italiyalı Angela Kasarolaya müqavimət göstərə bilməyib – 0:10.
Günay Qurbanova isə finalda isveçli Karin Samuelssona 2:10 hesabıyla məğlub olub və U20 Avropa çempionatında gümüş medal qazanıb.
