Günay Qurbanova bürünc uğrunda güləşəcək

Günay Qurbanova bürünc uğrunda güləşəcək

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib və millinin 2 üzvü xalçaya çıxıb.

Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay sabah bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.

//