Sərbəst güləş millimiz də Avropa çempionu oldu!

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.

Qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub!

Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

{“data”:{“pictureId”:”5661f4fc385e4aabb650c32bfe90d05d”,”appversion”:”4.0.0″,”stickerId”:””,”filterId”:””,”infoStickerId”:””,”imageEffectId”:””,”playId”:””,”activityName”:””,”os”:”android”,”product”:”retouch”,”exportType”:””,”editType”:””,”alias”:””},”source_type”:”vicut”,”tiktok_developers_3p_anchor_params”:”{\”source_type\”:\”vicut\”,\”client_key\”:\”aw889s25wozf8s7e\”,\”picture_template_id\”:\”\”}”}

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir