4 qız güləşçimiz DÇ-də çıxış edib
İyul 29, 2026
Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
Milli Gimnastika Arenasında təşkil edilən mundialın 3-cü günündə qadın güləşi üzrə millinin 4 üzvü xalçaya çıxıb.
Vəfa Orucova (43 kq) 1/8 finalda rumıniyalı Valia Harsana 2:5 hesabıyla, Nəzrin Əhmədli (49 kq) isə eyni mərhələdə Almaniyanı təmsil edən Mədinə Bayramovaya sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Qaratel Quliyeva (57 kq) debütdə isveçrəli Delia Gislerə (2:3), Rəna Nuriyeva (65 kq) isə təsnifat mərhələsində meksikalı Silviya Munizə (5:8) uduzub.


