“Zəfər Kuboku”nun ilk günündə 4 medal

“Zəfər Kuboku”nun ilk günündə 4 medal

Aprelin 12-də Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.

U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.

Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.

//