Xasay Həsənli: “Fiziki gücümün rəqibdən zəif olması…”

Xasay Həsənli: “Fiziki gücümün rəqibdən zəif olması…”

Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 Avropa çempionatında ilk medal Xasay Həsənlidən gəldi.

Gümüş medalı boynundan asan yunan-Roma güləşçimiz Azərbaycan Güləş Federasiyasının saytına çıxışı haqqında danışıb:

“Bura çempion olmağa gəlmişdim. Çıxışım tam məni qane etmədi. İkinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq. İlk 3 görüşdə rahat qələbə qazandım. Finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. Çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam”.

//