Üç qadın güləşçimiz DÇ-də çıxış etdi

Üç qadın güləşçimiz DÇ-də çıxış etdi

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Bu gün qadın güləşi üzrə millinin 3 üzvü xalçaya çıxıb.

Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində amerikalı Kristelle Rodrigesə “tuş”la məğlub olub.

Nərgiz Səmədova (57 kq) serbiyalı Yana Petroviçə 4:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Emine Çakmakla bacarmayıb – 0:10.

Ruzanna Məmmədova (65 kq) isə ilk mərhələdə macarıstanlı Eniko Elekesə 2:5 hesabıyla uduzub.

//