Üç qadın güləşçimiz DÇ-də medalsız qaldı

Üç qadın güləşçimiz DÇ-də medalsız qaldı

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Əsmər Canqurtaran (53 kq) 1/8 finalda yaponiyalı Ayaka Kimuraya “tuşe” ilə məğlub olub.

Birgül Soltanova (62 kq) əlcəzairli Mastura Sudaniyə (tuşe) və macarıstanlı Yasmine Solimana (11:2) qalib gəlsə də, yarımfinalda yaponiyalı Nonoka Ozakiyə (0:10), bürünc medal uğrunda görüşdə isə ukraynalı İrina Bondara (1:9) müqavimət göstərə bilməyib.

Mərziyə Sadıqova (72 kq) 1/8 finalda türkiyəli Derya Nur Karadumana “tuşe” ilə məğlub olub.

//