Üç güləşçimiz AÇ-nin finalında

Üç güləşçimiz AÇ-nin finalında

Slovakiyada güləş üzrə Avropa çempionatı davam edir.

Altıncı yarış günündə yunan-Roma güləşində 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) litvalı Justas Petraviçyusa (9:0), gürcüstanlı Amiran Şavadzeyə (9:0) və moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (8:0) tam üstünlüklə qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Həsrət Cəfərov (67 kq) isveçrəli Andreas Vetşi (8:0) vaxtından əvvəl məğlub etdikdən sonra gürcüstanlı Coni Xetsurianiyə gücünü göstərib – 4:1. Titullu güləşçimiz yarımfinalda isə türkiyəli Murat Fırata tam üstünlüklə (8:0) qalib gələrək 3-cü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda macarıstanlı Levente Levaya 4:6 hesabıyla məğlub olub.

Qurban Qurbanov (82 kq) debütdə ermənistanlı Samvel Qriqoryana (3:1), 1/4 finalda rusiyalı İslam Aliyevə (2:1), yarımfinalda isə gürcüstanlı Avropa ikincisi və dünya üçüncüsü Gela Bolkvadzeyə (4:0) qalib gələrək Avropa çempionatının finalına adını yazdırıb.

Murad Əhmədiyev (97 kq) türkiyəli Beytullah Kayışdağı (12:3) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda litvalı Mindauqas Venkaitisə xalların keyfiyyətinə görə (5:5) uduzub.

//