U-17 Avropa çempionatında maksimum nəticə!

U-17 Avropa çempionatında maksimum nəticə!

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi U-17 Avropa çempionatı keçirilib.

Qitə birinciliyində ölkəmizi baş məşqçi Oyan Nəzəriani və Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçi təmsil edib. Onlar uğurlu çıxış edərək maksimum nəticəyə imza atıb.

Hüseyn Sevdimov (50 kq) fransalı Qaspar Çeynuya, Yunanıstan təmsilçiləri Antonios Likudis və Panteleymon Pissakisə 3:0 hesabıyla qalib gəlib.

Ziya Göyüşov (60 kq) Yunanıstanı təmsil edən Apostolos Soliylə Vasileos Kesidisi 3:0 qələbələrlə üstələyib. Yarımfinalda rumıniyalı Adam Alhafezə eyni hesabla qalib gələn Gəncə güləş məktəbinin yetirməsi finalda moldovalı Yonut Triboyu da 3:0 hesabıyla məğlub edib. 

Vüsal Əliyev (70 kq) Moldovanın iki idmançısını – Vlad Stratan (4:1) və Yon Berqini (3:1), eləcə də fransalı Enzo Quyotu (3:0) yenib. Həmyerlimiz yarımfinalda yarımfinalda Eduard Lenarda (3:0), finalda isə yenidən Vlad Stratana (5:0) heç bir şans tanımayıb. 

Anar Cəfərli (80 kq) fransalı Hayk Sarqsyandan (3:1), yunanıstanlı Georgios Terzidisdən (3:0) və moldovalı Lorentiu Markudan (3:2) güclü olub.

Beləliklə, güləşçilərimizin hamısı qızıl medal qazanıb. Toplamda 100 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

Xatırladaq ki, sabah U-20 yaş qrupu üzrə analoji yarış keçiriləcək.

//