Tanınmış güləşçilər Xırdalanda ustad dərsi keçib
Mart 10, 2026
Tanınmış güləşçilərimiz Xırdalanda məktəblilərlə görüşüb.
11 saylı tam orta məktəbdə qonaq olan yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionatının mükafatçısı Rasul Çunayev və qadın güləşi üzrə U15 yığma komandanın məşqçisi, U23 Avropa çempionatının mükafatçısı Solmaz Adilova yeniyetmə və gənclərə qazandıqları uğurlar, bu nailiyyətlərə gedən yolda üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşərək, onlara öz tövsiyələrini çatdırıblar.
Onlar daha sonra müxtəlif fəndlərin icrasını nümayiş etdirib və xalça üzərində mübarizə zamanı diqqət edilməli məqamları izah edib.
Qeyd edək ki, belə görüşlərin və ustad dərslərinin keçirilməsində məqsəd gənc nəslin sağlam ruhda böyüməsinə dəstək vermək, motivasiyanı artırmaq, güləşlə bağlı maarifləndirməni gücləndirmək və bu sahədə keyfiyyətin yüksəldilməsidir.



