Son 2 qız güləşçimiz DÇ-də çıxış etdi
İyul 28, 2022
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Yarışın 4-cü günündə qızlardan ibarət millimizin son 2 üzvü xalçaya çıxıb.
Aysel Məmmədzadə (46 kq) ilk mərhələdə macarıstanlı Kornelia Laşloya uduzub – 1:4.
Gülər Həbibova (53 kq) isə 1/8 finalda Macarıstanın digər təmsilçisi Hedi Mikle ilə bacarmayıb – 0:7.
