Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

Sabah sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

Üç gün davam edəcək yarış Bakı İdman Sarayında keçiriləcək. Çempionatın açılış mərasimi 19 dekabr saat 16:00-da başlayacaq. Görüşlər hər gün saat 10:00-da start götürəcək.

Sabah sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da qaliblər müəyyənləşəcək. Dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq-da mübarizə baş tutacaq. Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ən güclü idmançıların adına aydınlıq gələcək.

Arenaya giriş pulsuzdur.

1 Comment

  • Bəhram Dekabr 19, 2023

    Necə illərdi Cempionat Bakıda kecirilir belə olmamalıdı hər il başga başga şəhərlərdə kecirmək lazımdı güləşi belə reklamlamag olur biz yeni nəsili güləşə belə cəlb etməliyik şükür Allaha hər bir Azərbaycanın şəhərlərində kompleksdar var şərayətdə var

Comments are closed.

//