Sərbəst güləşçilər Minskdə 8 medal qazanıb
Sentyabr 23, 2024
Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi yarışda iştirak edən yığmamız 8 medal qazanıb.
Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Orxan Abasov (79 kq) gümüş medalla kifayətlənib. Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medalı boynundan asıb.
