Ölkə çempionatının tarixi müəyyənləşib
Dekabr 25, 2025
Güləş üzrə böyüklər arasında ölkə çempionatının vaxtı müəyyənləşib.
7-11 yanvarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionlarının adları bəlli olacaq. İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.
İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi 7 yanvar 17:00-a təyin edilib.