Nigar Mirzəzadə dünya çempionatında gümüş medal qazandı
Oktyabr 20, 2022
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) 1/8 finalda türkiyəli Zeynep Yetgillə bacarmayıb – 0:10.
Birgül Soltanova (62 kq) ilk mərhələdə venesuelalı Astrid Xirinosa “tuş”la məğlub olub.
Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb – 7:1. Güləşçimiz 1/4 finalda qazaxıstanlı Dariqa Abenə “tuş”la qalib gəlib. Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabıyla məğlub edən Mirzəzadə finala yüksəlib. Nigar həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş yaponiyalı Miva Morikavaya (0:10) məğlub olaraq gümüş medal qazanıb.


