MDB Oyunlarına 7 medalla start

MDB Oyunlarına 7 medalla start

III MDB Oyunlarında güləş yarışına start verilib.

Bu gün sərbəst güləşdə 5, qadın güləşində isə 4 çəkidə qaliblər müəyyənləşib.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən güləş yarışının ilk günündə 44 idmançı mübarizə aparıb.

7 güləşçimiz fəxri kürsüyə qalxıb. İdmançılarımız 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Sərbəst güləşdə bütün təmsilçilərimiz ilk “3-lük”də yer alıb. Nihad Abasov (71 kq) çempion olub. Hacıhüseyn Əhmədzadə (51 kq) və Rəşid Nazarov (60 kq) ikinci, Hüseyn Rzazadə (45 kq) ilə Amin Nəsibov (92 kq) isə üçüncü yeri tutub.

Qadın güləşində isə Nəzrin Əhmədli (46 kq) və Xədicəxanım Talıbova (53 kq) bürünc medalı boynundan asıb.

Sabah sərbəst güləşdə 5, qadın güləşində isə 4 çəkidə qaliblər müəyyənləşəcək.