Namiq Əliyev yenidən UWW-nin Büro üzvü seçilib
Sentyabr 9, 2022
Bu gün Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) Konqresi baş tutub.
İclasda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse- prezidenti Namiq Əliyev, AGF-nin baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak edib. Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. Namiq Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.
Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.

